11 
İyn
2021
12:15
55
6
989
Virtual karabakh

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı

11 İyn, 2021
12:15
989

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulunda iştirak edən namizədlər haqqında bəzi statistik məlumatlar və imtahan tarixləri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, mayın 26-dan iyunun 4-dək rezidenturaya qəbul olmaq istəyən namizədlərin qeydiyyatı aparılıb və bu müddət ərzində 2028 namizəd qeydiyyatdan keçib.

Onlardan 931 nəfər əvvəlki illərdə məzun olan şəxslərdir. 646 nəfər cari ilin məzunu, 451 nəfər isə hazırda əsas (baza ali) tibb təhsilini davam etdirən və III kursu tam bitirmiş namizədlərdir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I cəhd) 1738 namizəd iştirak edəcək.

2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş rezidenturaya qəbul olunmaq hüququna malik namizədlərə də avqustun sonu (və ya sentyabrın əvvəli) yenidən ərizə verib imtahanın II mərhələsində iştirak etmələri üçün şərait yaradılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri