12 
İyn
2021
12:50
13
135
2145
Virtual karabakh

Biləsuvar sakini qətlə yetirildi, cinayətdə iş yoldaşı şübhəli bilinir

12 İyn, 2021
12:50
2145

Biləsuvar sakini qətlə yetirildi, cinayətdə iş yoldaşı şübhəli bilinir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Ağayrı kəndi ərazisində qeydə alınıb.

Belə ki, tarlada bir yerdə işləyən Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında avtomobildə münaqişə yaranıb. Bu zaman Məhəmməd Fərəcli Sadiq Abıyevi bıçaqla xəsarət yetirib. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

M.Fərəcli həmçinin onlarla avtomobildə olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğluna da qolundan bıçaq xəsarəti yetirib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri