13 
İyn
2021
14:45
117
23
1571
Virtual karabakh

Ötən sutka ərzində FHN-ə 61 yanğına çağırış olub, üç nəfər xilas edilib

13 İyn, 2021
14:45
1571

Ötən sutka ərzində FHN-ə 61 yanğına çağırış olub, üç nəfər xilas edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində beş nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş iki nəfər və intihara cəhd edən bir nəfər xilas olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri