16 
İyn
2021
13:08
499
14
5783
Virtual karabakh

Zəfər yolunun tikintisinin 80 faizi başa çatıb - RƏSMİ + FOTO

16 İyn, 2021
13:08
5783

Zəfər yolunun tikintisinin 80 faizi başa çatıb - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəfər yolunun tikintisinin 80 faizi başa çatıb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yerli və regional əhəmiyyətli şöbəsinin rəisi İlham Süleymanov deyib.

O qeyd edib ki, Zəfər yolunun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib:

“Artıq yol konstruksiyası işlərinə başlanılıb. Zəfər yolunun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Bu yolunun 101.5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nün tikinti işlərinin 75 faizi artıq həyata keçirilib”.  

O bildirib ki, hazırda dayandığımız körpünün altından Şuşaya ikinci yol gedir:

“Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşa gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o Ağdam Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində süni qurğular olur ki, körpülər də bu rolu oynayır”.

Könül Cəfərli

FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri