16 
İyn
2021
14:00
204
14
1505
Virtual karabakh

Qarabağın elektrik enerjisi ilə təchizatı necə həyata keçiriləcək?

16 İyn, 2021
14:00
1505

Qarabağın elektrik enerjisi ilə təchizatı necə həyata keçiriləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağda inşa edilən Şuşa yarımstansiyası da istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

O bildirib ki, Kəlbəcərdə də yeni 110 kV-luq yarımstansiyanın tikinti işləri gedir:

“Eyni zamanda Murov dağını aşmaqla Kəlbəcərə 70 kilometr məsafədə 110 kV-luq ikidövrəli xətt də çəkilir”.

T.Abdullayev Qarabağda inşa edilən digər yarımstansiyalar barədə də məlumat verib:

“İşğaldan azad edilən ərazilərdə Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına 110kV-luq yeni xətlər çəkilir. Ağdamda 110 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. Bundan başqa “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri