16 
İyn
2021
15:26
29
159
2537
Virtual karabakh

Bakı şəhərinin hansı çimərliklərində bakterioloji problemlərlər var? - SİYAHI

16 İyn, 2021
15:26
2537

Bakı şəhərinin hansı çimərliklərində bakterioloji problemlərlər var? - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər:

“Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələri götürülür, labortoriyada müayinələr aparılır. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 mindir, lakin bəzi ərazilərdə bu göstərici həddindən artıq çox olur.

Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çimərliklərində götürülən bakterioloji nümunələr standartlara uyğun gəlməyib”. 

O qeyd edib ki, Abşeron yarımadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri