17 
İyn
2021
13:08
376
11
3283
Virtual karabakh

Beş Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa edildi - ÖZƏL

17 İyn, 2021
13:08
3283

Beş Milli Qəhrəmanın qəbirüstü abidəsi bərpa edildi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 5 milli qəhrəmanı üçün hazırlanan məzar daşları yerində bərpa edilib. 

Oxu.Az-ın məlumatına görə, proseslər Qubadlı Rayon İcra Hakimiyyətində yaradılan yeni Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Emin Əliyevin nəzarəti altında həyata keçirilib. 

Qubadlıdan olan beş Milli qəhrəman - Əliyev Əliyar Yusif oğlunun qəbirüstü abidəsi Qəzyan kəndində, Əliyev Vasiliy Əhməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Məmmədov Aqil Səməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Ağayev Bəylər Tapdıq oğlunun qəbirüstü abidəsi Qarağac kəndində, Mirzəyev Kərəm Ərşad oğlunun qəbirüstü abidəsi isə Xanlıq kəndində dəfn olunduğu yerdə məzarının üzərinə qoyulub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri