18 
İyn
2021
11:20
33
90
3096
Virtual karabakh

Əlilliyi olan şəxslərə əmək pensiyasının verilməsi qaydası dəyişdirilir

18 İyn, 2021
11:20
3096

Əlilliyi olan şəxslərə əmək pensiyasının verilməsi qaydası dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılacaq.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə bildirilir.

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb.

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklif olunur.

Sənəd Milli Məclisin iclasında müzakirə ediləcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri