18 
İyn
2021
14:39
125
25
1436
Virtual karabakh

Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar

18 İyn, 2021
14:39
1436

Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6-sı qadın, 14-ü uşaq olan Azərbaycan vətəndaşları vətənə repatriasiya olunduqdan sonra onların reabilitasiya və reinteqrasiya işləri həyata keçirilir.

​​​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlərin davamı olaraq, həmin şəxslər reabilitasiya proqramına cəlb ediliblər. Onların reabilitasiyası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Reabilitasiya və reinteqrasiya tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri