21 
İyn
2021
17:30
88
38
1518
Virtual karabakh

ADA Universitetinin təşkilatçılığı ilə növbəti media seminarı keçirilib - FOTO

21 İyn, 2021
17:30
1518

ADA Universitetinin təşkilatçılığı ilə növbəti media seminarı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda növbəti seminar keçirilib.

Oxu.Az xəbər verir ki, seminarın növbəti günündə Aljazeera Media İnstitutunun nümayəndə heyəti iştirak edib.

Seminar çərçivəsində ADA Universiteti ilə Aljazeera Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sonra Aljazeera-nın baş müxbiri Resul Serdar və meneceri Rene Ode “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.

Oxu.Az-ın baş redaktoru Fuad Hüseynəliyevin sözlərinə görə, bu, çox yaxşı layihədir:

“Bu layihə 75 media orqanını - həm çap, həm onlayn, həm də televiziyanı əhatə edir. Burada geniş miqyasda KİV rəhbərləri təmsil olunub. Baş redaktorlar və redaktorlar üçün hazırlanan layihəyə cəlb edilən media nümayəndəsi kimi deyə bilərəm ki, format və özlüyündə müzakirə edilən mövzular kifayət qədər maraqlıdır. Bu Azərbaycan mediasının beynəlxalq səviyyəyə çatdırılmasına böyük dəstək verəcək”.

Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun şəkildə ölkədə media islahatları prosesinə təkan verməkdir.

İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələrini bölüşəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri