22 
İyn
2021
09:48
87
15
1665
Virtual karabakh

Sabirabadda qohumunu güllələməkdə şübhəli bilinən şəxs tutuldu

22 İyn, 2021
09:48
1665

Sabirabadda qohumunu güllələməkdə şübhəli bilinən şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 21-i saat 20 radələrində 1971-ci il təvəllüdlü Mirqiyas Mirmövsümova xəsarət yetirməkdə şübhəli bilinən Fuad Zaidov saxlanılıb.

Bu barədə Oxu.Az-a Sabirabad rayon prokurorluğu məlumat yayıb. 

Məlumata görə, aparılmış ilkin araşdırmalarla 1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qohumu Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri