22 
İyn
2021
18:38
265
37
2790
Virtual karabakh

Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib - FOTO

22 İyn, 2021
18:38
2790

Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, tədbiri açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə təbrik edib:

“Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb. Nəticədə düşmənin 27 sentyabrdan başlayaraq törətdiyi təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını əyani şəkildə sübut edərək 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin edib”.

Xanlar Vəliyev həmçinin qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. 

Xanlar Vəliyev vurğulayıb ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. 

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri