23 
İyn
2021
13:20
191
42
6265
Virtual karabakh

Sakinlər tikinti şirkətinin təklifi ilə razılaşmır: “Heç olmasa 200 min versinlər” - VİDEO

23 İyn, 2021
13:20
6265

Sakinlər tikinti şirkətinin təklifi ilə razılaşmır: “Heç olmasa 200 min versinlər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonu Qarabağ küçəsində tikinti şirkətinin ərazini boşaldıb, çoxmərtəbəli bina tikməsi narazılığa səbəb olub. 

Şirkətin şərtləri ilə razılaşan sakinlər mənzillərini tərk edib. Qalan ailələr isə tikinti şirkətinin təklifinin onlara uyğun olmadığını bildirir. 

Məsələ ilə bağlı sözügedən ərazidə tikinti aparan şirkətdən bildirilib ki, tikinti işləri aparılması üçün xeyli ailə köçürülüb. Lakin qalan bir neçə ailənin tələbləri isə xeyli çoxdur. 

Problemə aydınlıq gətirən əmlak eksperti Elnur Fərzəliyev qeyd edib ki, köhnə tipli binaların, xüsusən də “Alman” layihəli binaların böyük əksəriyyətinin demək olar ki, artıq istismar müddəti başa çatıb. Ekspert onu da vurğulayıb ki, sakinlərlə tikinti şirkəti arasında yaşanan belə problemlərin uzanması həm tikinti şirkətinə, həm də mənzil sahiblərinə maddi və mənəvi ziyan vurur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri