24 
İyn
2021
17:32
178
7
1466
Virtual karabakh

İki tondan çox narkotik maddə yandırılaraq məhv edildi

24 İyn, 2021
17:32
1466

İki tondan çox narkotik maddə yandırılaraq məhv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 487 kiloqramdan artıq olan, 8 495 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri