25 
İyn
2021
16:26
16
333
2952
Virtual karabakh

TƏBİB rəsmisi: “Hindistan ştammının Azərbaycana gəlməsindən qaçmaq mümkün deyil”

25 İyn, 2021
16:26
2952

TƏBİB rəsmisi: “Hindistan ştammının Azərbaycana gəlməsindən qaçmaq mümkün deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hindistan ştammı Azərbaycana da gələ bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva TƏBİB-in rəsmi “Facebook” səhifəsində yayımlanan “TƏBİB məsləhəti” rubrikasında deyib.

O bildirib ki, bu gün olan məlumata görə, Türkiyənin 16 vilayətində dünyanın isə 90 ölkəsində Hindistan ştammı aşkar edilib:

“Azərbaycanda isə Hindistan ştammı aşkarlanmayıb. Biz bu virusa qarşı qabaqlayıcı tədbirlər görürük. Lakin qeyd edim ki, Azərbaycan bütün dünya ölkələrindən izolyasiya edilməyib. Bu səbəbdən də Hindistan ştammının Azərbaycana gəlmə təhlükəsi var.

Bu səbəbdən vətəndaş olaraq gigiyenik normalara riayət etməliyik. Qabaqlayıcı tədbirlər görməklə biz həmin ştammın ölkəmizə gəlişini yubada bilərik. Lakin qaçmaq qeyri-mümkündür. Hazırda əlimizdəki ən böyük silah vaksinasiyadır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri