30 
İyn
2021
12:18
8
223
3829
Virtual karabakh

Təhlükəli həddə çirkləndirilən Oxçuçay - VİDEO

30 İyn, 2021
12:18
3829

Təhlükəli həddə çirkləndirilən Oxçuçay - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay ermənilər tərəfindən ciddi çirklənməyə məruz qalıb. 

Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən çayın sənaye tullantıları ilə çirklənməsi nəticəsində su yararsız hala düşüb, canlılar məhv olub. 

Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alsaq, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi nəticələrə səbəb ola bilər. 

Maraqlıdır ki, Ermənistanda mədənçıxarma sektorunda fəal iştirak edən “CRONIMET” alman şirkəti ekostandartlara riayət olunması barədə bəyanatlara baxmayaraq, çirklənmiş Oxçuçayın ətraf mühitə təsirini nəzərə almayıb. 

Mütəxəssislər bu halın yalnız Azərbaycanın deyil, ümumilikdə region ölkələrinin ekologiyasına zərər vurduğunu deyirlər. Yəni bu gün Ermənistan bütün bölgə üçün ciddi təhlükəyə çevrilib. Beynəlxalq qurumlar isə digər ölkələrdən qaydalar tələb etdiyi halda, Ermənistana gələndə susur. Xüsusən də özünü Avropa standartlarının carçısı kimi təqdim edən Almaniyanın “CRONIMET” şirkətinin nümunəsində.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri