İyl
2021
18:38
209
21
2596
Virtual karabakh

Ağcabədi şəhərinin Baş planı təsdiq edildi - FOTO

2 İyl, 2021
18:38
2596

Ağcabədi şəhərinin Baş planı təsdiq edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi şəhərinin Baş planı təsdiq edildi.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin sifarişi ilə hazırlanmış Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi.

Ağcabədi şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.

Ağcabədi şəhərinin sonuncu Baş planı 1987-ci ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Bu sənəddə şəhərin planlı qaydada inkişafı nəzərdə tutulur və hesabat müddətinin sonuna şəhər əhalisinin 27,4 %-ə artaraq 55 min nəfərə çatması proqnozlaşdırılır.

Həmçinin Baş planda şəhər əhalisinin yaşayış (mənzil) fondu ilə təminatı istinad ilində adam başına 20,3 m2-dan hesabat müddətinin sonuna 25m2-ə çatdırılması nəzərdə tutulur.Sənəddə həmçinin şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb. Beləki, Baş Plan layihəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 86 km-dən 128km-ə çatdırılması planlaşdırılır. Bununla yanaşı, şəhər ərazisində ümumi istifadə də olan yaşıllıq sahələrinin və açıq məkanların artırılması da Ağcabədi şəhərinin Baş Planının əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu məqsədlə, Baş Plan çərçivəsində adam başına düşən yaşıllıq sahəsinin 2015-ci il ilə müqayisədə (5,8m2) artırılaraq 7,4 m2çatdırılması, ümumi yaşıllıq ərazilərinin (park, meşə-park, bulvar, xiyaban, bağ və bağçalar) isə 23,9ha-dan hesabat müddətinin sonuna 40,9 ha-dək artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Baş planda nəzərdə tutulan dövr üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması, ətraf mühitin mühafizəsi və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri