İyl
2021
12:36
208
31
8115
Virtual karabakh

Ata və analara müjdə: Məzuniyyət günlərinin sayında artım - VİDEO

3 İyl, 2021
12:36
8115

Ata və analara müjdə: Məzuniyyət günlərinin sayında artım - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni doğulmuş, körpəsi olan analara məzuniyyət hüququnun verilməsi məlumdur. Budəfəki qərara görə isə 14 yaşına qədər uşağı olan valideynlərə əlavə məzuniyyət hüququ da veriləcək. 

Əmək Məcəlləsinin 117-ci maddəsi uşaqlı qadınlara əlavə məzuniyyətin verilməsini təmin edirdi. İndi isə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara əlavə iki təqvim günü məzuniyyət verilir. 

Məcəllədə uşaqlarını təkbaşına böyüdən ataların, övladlığa uşaq götürən şəxslərin də əlavə məzuniyyət hüququ nəzərdə tutulub. Əmək Məcəlləsinə uyğun olaraq zərərli iş sahəsində çalışan işçilərə də əlavə məzuniyyət hüququ müəyyən edilib. Həmin işçilərə 6 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri