İyl
2021
11:58
30
349
3537
Virtual karabakh

Səhiyyə Nazirliyi: “Heç bir məhdudiyyət “Delta” ştammının ölkəmizə gəlməsinə mane ola bilməyəcək” - VİDEO

6 İyl, 2021
11:58
3537

Səhiyyə Nazirliyi: “Heç bir məhdudiyyət “Delta” ştammının ölkəmizə gəlməsinə mane ola bilməyəcək” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç bir məhdudiyyət “Delta” ştammının Azərbaycana gəlməsinin qarşısını 100 faiz ala bilməyəcək”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. O bildirib ki, hələlik ölkəmizdə bu ştamma yoluxma faktı qeydə alınmayıb:

“Artıq 100-ə yaxın ölkədə “Delta” ştammı, 11-dən çox ölkədə isə “Delta plus” variantı aşkarlanıb. Qonşu ölkələrin bəzisində də “Delta” ştammına yoluxma faktı təsdiqini tapıb. Azərbaycanda isə bu ştamma yoluxma ilə bağlı təsdiqini tapan məlumat yoxdur. Lakin bu o demək deyil ki, Azərbaycanda “Delta”ya yoluxma olmayacaq. Artıq sərhədlər açılıb və xarici ölkələrlə gediş-gəlişə başlanılıb. Buna görə də “Delta” ştammının Azərbaycana gəlməsində elə də ciddi əngəl yoxdur. Heç bir məhdudiyyət də bunun qarşısını 100 faiz ala bilməyəcək”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri