İyl
2021
15:12
48
166
2151
Virtual karabakh

Rusiya səhiyyə nazirindən Bakıdakı universitetə simvolik hədiyyə - FOTO

6 İyl, 2021
15:12
2151

Rusiya səhiyyə nazirindən Bakıdakı universitetə simvolik hədiyyə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində birinci məzun mərasiminin keçirilməsi unikal hadisədir. İnsan həyatının mahiyyətini anlayan və xilasına yönələn tədbirləri mənimsəyən məzunları təbrik edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün keçirilən tədbirdə Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib. 

O, universitetin fəaliyyəti ilə bağlı Azərbaycan prezidentinə təşəkkür edib:

“Mənə elə gəlir ki, səhiyyə sahəsində fundamental biliklər məhz güclü təhsildən gəlir. Məzunların 20 faizi təhsilini qırmızı diplomla bitirir, bu, məni çox sevindirir. Məzunların hər birinin gələcəkdə müəllimlərindən aldıqları təhsilə layiq həkim olmalarını arzu edirəm. Gələcəkdə hər birinin layiqli professor, peşəkar həkim olmasını diləyirəm”.

Universitetin Bakı filialına uğurlar arzu edən Rusiyanın səhiyyə naziri bildirib ki, gələcəkdə bu təhsil müəssisəsi daha böyük uğurlar qazanacaq.

Nazir sonda İ.M.Seçenov universitetinə Rusiyanın Səhiyyə Nazirliyi adından simvolik hədiyyə təqdim edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri