15 
İyl
2021
16:48
320
41
4594
Virtual karabakh

Abşeron İcra Hakimiyyəti MTK-larla bağlı hüquq mühafizə orqanlarına müraciət etdi - YENİLƏNİB + FOTO

15 İyl, 2021
16:48
4594

Abşeron İcra Hakimiyyəti MTK-larla bağlı hüquq mühafizə orqanlarına müraciət etdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsinin sakinlərinin zibilliklərin təmizlənməməsi ilə bağlı şikayətinə münasibət bildirib.

Qurumun mətbuat katibi Seymur Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ünvandakı natəmizliyə görə MTK cavabdehdir:

“Dəfələrlə MTK-lara xəbərdarlıq edilməsinə baxmayaraq, hər hansı tədbir görülməyib. Həm zibil qutularının dəyişdirilməsi, həm ətraf mühitin çirklənməsinin qarşısının alınması, həm də məişət tullantılarının ərazidən daşınması ilə bağlı aidiyyəti üzrə müqavilələr imzalanmalıdır. Bu istiqamətdə hər hansı bir tədbir görülmədiyinə görə artıq Xırdalan Şəhər İcra nümayəndəliyi tərəfindən hüquq mühafizə orqanlarına müraciətlər olunub”.

“Ümumi şəhərin problemi olduğu üçün hər dəfə zibilin ərazidən daşınmasını həyata keçirmişik. Bu dəfə də onun daşınması həyata keçirilir. Amma MTK-lar da öz məsuliyyətlərini dərk etməlidirlər və bu istiqamətdə tədbirlər görməlidirlər”, - deyə o vurğulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva isə bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib:

“Problem qısa zamanda öz həllini tapacaq. Məsələ nəzarətimizdədir”.

İlhamə Əbülfət

10:52

Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsinin sakinləri ətrafın zibilliklərdən təmizlənməməsindən şikayətçidir.

Sosial şəbəkədə yayılan görüntülərdə qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti bu natəmizliyə göz yumur. Belə ki, zibil qutuları boşaldılsa da, ətrafdakı zibillər təmizlənmir. Bu isə ətrafa çirkab sularının və xoşagəlməyən qoxunun yayılmasına səbəb olur.

Bundan əlavə Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri də eyni vəziyyətdən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, qəsəbənin girişində yerləşən zavodun ətrafında hər iki küçənin girişində vaxtı-vaxtında təmizlənməyən zibil qutuları ətrafda natəmizliyin çoxalmasına səbəb olur.

Zibil qutuları boşaldısa belə, qutuların ətrafı təmizlənmir və bu natəmiz görüntü günü-gündən çoxalır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri