15 
İyl
2021
14:20
33
238
2274
Virtual karabakh

Bakıda bərbad vəziyyətdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO

15 İyl, 2021
14:20
2274

Bakıda bərbad vəziyyətdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu, 2-ci zeytun sovxozu 165 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədli Turan Məmməd oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı müəyyənləşdirilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri