17 
İyl
2021
00:08
219
22
1861
Virtual karabakh

Səfir: “Azərbaycanın köməyi ikitərəfli dostluq və strateji tərəfdaşlığı daha da gücləndirəcək” - VİDEO

17 İyl, 2021
00:08
1861

Səfir: “Azərbaycanın köməyi ikitərəfli dostluq və strateji tərəfdaşlığı daha da gücləndirəcək” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanın koronavirus peyvəndləri ilə təminatında Azərbaycanın göstərdiyi yardım iki ölkə arasındakı dostluğu və strateji tərəfdaşlığı daha da gücləndirəcək.

Bunu Trend-ə Qırğızıstanın Azərbaycandakı Səfiri Kayrat Osmonaliyev deyib.

Onun sözlərinə görə, bu gün, iyulun 16-sı COVİD-19 pandemiyası ilə mübarizə üçün ayrılan humanitar yük partiyası - Azərbaycan Respublikası tərəfindən qarşılıqsız verilən 40 min doza “AstraZeneca” peyvəndi - Bişkekə gəlir:

“Bu yardımın göstərilməsi barədə razılaşma Qırğızıstan Respublikasının Xarici İşlər Naziri Ruslan Qazaxbayevin bu ilin 1-3 iyul tarixlərində Bakıya rəsmi səfəri zamanı əldə edilib. 40 min doza, şübhəsiz ki, risklərin azaldılmasına və 20 min Qırğızıstan vətəndaşının təhlükəsizliyinin təmin olunmasına kömək edəcək”.

Səfir qeyd edib ki, Qırğızıstan müəyyən çətinliklərə baxmayaraq vətəndaşlarının həyat və sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görür və aparıcı istehsalçılardan peyvənd alır:

“Bu yaxınlarda Çin Xalq Respublikasından bir milyondan çox doza peyvənd alınıb. Lakin qarşılıqsız hər hansı bir yardım son dərəcə mühümdür. Fürsətdən istifadə edərək dostluq və strateji tərəfdaşlıq münasibətlərimizi daha da gücləndirəcək yardıma görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri