21 
İyl
2021
10:23
411
130
1592
Virtual karabakh

Allahşükür Paşazadə: “Hər kəsə azad olunan ərazilərimizdəki məscidlərdə namaz qılmaq nəsib olsun” - VİDEO

21 İyl, 2021
10:23
1592

Allahşükür Paşazadə: “Hər kəsə azad olunan ərazilərimizdəki məscidlərdə namaz qılmaq nəsib olsun” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda Ağdam və Şuşa məscidində namaz qıldıq. Minarədən gələn azan səsi Azərbaycan xalqının ədalətinin bərpası və zəfərinin nişanəsidir.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

O bildirib ki, bu gün “Təzəpir” məscidində bayram namazı qılırıq:

“Bu gün İran İslam Respublikasının səfirinin, nümayəndəliyinin burada olması və bayram namazını bizimlə qılmaları bizi sevindirir. Bayramı bizimlə paylaşıb ibadət etdiklərinə görə təşəkkür edirik”.

Şeyxülislam Allahşükür Paşazadə sonda bütün dünya müsəlmanlarının bayramını təbrik edib və hər bir vətəndaşa işğaldan azad olunan ərazilərimizdə məscidlərdə namaz qılmağı nəsib etməsini diləyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri