22 
İyl
2021
09:51
193
19
2389
yuxarı
Böyürtkən kolları arasında çətənə yetişdirən şəxs saxlanıldı - FOTO
22 İyl, 2021
09:51
2389
193
19
Böyürtkən kolları arasında çətənə yetişdirən şəxs saxlanıldı - FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.
Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Hüseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
27 
Apr
2024
01:07
DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO
2
24
937
26 
Apr
2024
20:16
MTK və sakinlər qarşı-qarşıya: “Yeddi ildir kirayədə yaşamağa məcburuq” - VİDEO
48
59
1857