23 
İyl
2021
10:00
135
18
3371
Virtual karabakh

“Azerbaijan Fish Farm” kiçik sahibkarlara əlvan forel körpələrinin paylanması kampaniyasına start verib - FOTO

23 İyl, 2021
10:00
3371

“Azerbaijan Fish Farm” kiçik sahibkarlara əlvan forel körpələrinin paylanması kampaniyasına start verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlvan forel və Xəzər qızıl balığının yetişdirilməsində yeniliklərə imza atan “Azerbaijan Fish Farm” sahibkarların körpə balıqlarla təmin olunması məqsədi daşıyan kampaniyaya start verib.

Şirkətin Qəbələ və Zaqatala rayonlarında yerləşən balıqyetişdirmə təsərrüfatlarında ən müasir yetişdirmə texnologiyalarının - qəfəs sistemləri, dövriyyəli su təchizatı, qapalı su çevrəsi sistemli, açıq axımlı hovuzların tətbiqi, Azərbaycan forel və qızıl balıq bazarında yüksək nəticələr əldə etməyinə şərait yaratmışdır.

Qeyd edək ki, “Azerbaijan Fish Farm”, bu sahədə çox qiymətli olan həm əlvan, həm də kəhraba forelin, həmçinin nəsli kəsilməkdə olan Xəzər qızıl balığının yetişdirilməsini uğurla davam etdirməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, hal-hazırda 750 000 ədəd forel körpəsi yetişdirilməkdədir. Bu balıqların bir qismi Azərbaycanın kiçik və orta balıqyetişdirmə təsərrüfatlarına körpə balıq kimi təmin olunması üçün ayrılacaqdır. Bundan başqa ölkənin çaylarının və su hövzələrinin bioloji müxtəlifliyinin qorunması məqsədi ilə “Azerbaijan Fish Farm” 100 000 ədədə yaxın çay foreli körpəsinin təbiətə buraxılmasını təmin edəcəkdir.

Balıqçılıq sahəsi dövlət tərəfindən prioritet istiqamət olaraq seçilib və “Azerbaijan Fish Farm”, öz növbəsində yüksək dövlət əhəmiyyətinə malik bu sahənin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atmaqdadır, ki bu da öz növbəsində ölkə iqtisadiyyatının qeyri-neft sektoru hesabına inkişaf etməsini stimullaşdırır.

“Azerbaijan Fish Farm” yerli balıqçı-fermerlərin təşviqi istiqamətində genişmiqyaslı kampaniya başladaraq, yuxarıda qeyd olunduğu kimi, onları balıq körpələri ilə təmin edəcəkdir. Bu layihə bir daha Azərbaycanda kənd təsərrüfatının inkişafının və yerli balıq yetişdirən təsərrüfatların istehsal etdiyi məhsulların yüksək rəqabət şərtlərində davamlı olmasının vacib rol oynadığını bir daha sübut edir.

Layihədə iştirak etməkdə maraqlı olan balıq istehsalçıları və fermerlər aşağıda göstərilən nömrələrlə əlaqə saxlaya bilərlər:

Zaqatala Yetişdirmə Təsərrüfatı:

Ünvan: Zaqatala şəhəri Maqov kəndi

+99451-206-25-30

Qəbələ Yetişdirmə Təsərrüfatı: 

Ünvan: Qəbələ rayon Çuxur Qəbələ kəndi

+99451-207-48-82

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri