23 
İyl
2021
15:52
15
180
5923
Virtual karabakh

Azərbaycanda 50-dən çox sakin zəhərləndi

23 İyl, 2021
15:52
5923

Azərbaycanda 50-dən çox sakin zəhərləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzda 50-dən çox şəxs zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, sakinlər mədə-bağırsaq pozulması, qusma ilə bağlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. 

Xəstəxanaya yerləşdirilən şəxslərə ilkin tibbi yardım göstərilib.

Baş verən hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Oğuzda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri