24 
İyl
2021
11:10
233
41
7467
Virtual karabakh

SHXÇDX-nin sabiq idarə rəisinin rüşvət alması ilə bağlı AÇIQLAMA

24 İyl, 2021
11:10
7467

SHXÇDX-nin sabiq idarə rəisinin rüşvət alması ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qurumun Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.

SHXÇDX-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yay aylarında qurumun Səbail rayon idarəsində Xidmət tərəfindən yoxlamalar keçirilib:

“Xidmətdə buraxdığı nöqsanlara görə, Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

V.Babayevin xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.  

Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb.

Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”, - deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, ötən gün polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək Respublika Hərbi Prokurorluğu tərəfindən saxlanılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri