25 
İyl
2021
01:58
57
337
13978
Virtual karabakh

Bakıda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

25 İyl, 2021
01:58
13978

Bakıda dağlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

FHN-dən verilən məlumata görə, əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə və yaşayış evlərinə tərəf yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində quru ot və kol-kos yanıb.

Qeyd edək ki, ərazinin relyefinin mürəkkəbliyi səbəbindən yanğınsöndürmə işlərinə yanğın texnikalarının cəlb olunması mümkün olmayıb. Yanğınsöndürmə işlərində əl əməyindən istifadə olunub.

01:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

00:56

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində, dağətəyi yerdə yanğın başlayıb.

Hadisə zamanı əsasən quru ot, kol-kos yanıb. Yanğın hazırda da davam edir.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri