25 
İyl
2021
13:29
561
17
2532
Virtual karabakh

Zaqatalada polis “patı”əməliyyatı keçirib, keçmiş məhkum saxlanılıb – FOTO

25 İyl, 2021
13:29
2532

Zaqatalada polis “patı”əməliyyatı keçirib, keçmiş məhkum saxlanılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşamış Elgüc Ağaməmmədov saxlanılıb. Axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri