26 
İyl
2021
20:54
53
282
2452
Virtual karabakh

Samuxda şadlıq evinin sahibi cərimələnib, 30 nəfər toya buraxılmayıb - FOTO

26 İyl, 2021
20:54
2452

Samuxda şadlıq evinin sahibi cərimələnib, 30 nəfər toya buraxılmayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux Rayon Polis Şöbəsinin əməkdaşlar rayon ərazisindəki şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində monitorinq aparıb, bəzilərində qaydaların pozulduğunu aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, “Çıraq Palace” şadlıq sarayında keçirilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, müəyyən edilib. Obyekt sahibi Mətləb Abbasov barəsində inzibati protokol tərtib edilib.

Rayon ərazisində fəliyyət göstərən “Paris” şadlıq sarayında isə keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb.

Bundan başqa polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alıncalı və Sarıqamış kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri