27 
İyl
2021
17:25
69
461
27952
Virtual karabakh

Bakıda “Maşın bazarı”nın yanında qumbara ilə özünü partladan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB + VİDEO

27 İyl, 2021
17:25
27952

Bakıda “Maşın bazarı”nın yanında qumbara ilə özünü partladan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qumbara ilə özünü partladan şəxsin kimliyi bəlli olub.

Oxu.Az-ın məlumatına görə, həmin şəxs əvvəllər narkotikin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılıqla məhkum olunmuş Müseyib Ələsgərovdur. 

Qeyd edək ki, M.Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.

İlhamə Əbülfət

16:40

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

APA xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri