30 
İyl
2021
15:16
132
11
1550
Virtual karabakh

Qubada oğurluq edən şəxs ələ keçdi - FOTO

30 İyl, 2021
15:16
1550

Qubada oğurluq edən şəxs ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şabran rayonunun Gəndab kənd sakini Kamran Nurəliyev olduğuna əsaslı şübhələr yaranıb:

“Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək Timiryazev qəsəbəsindəki evlərin birindən 460 manat pul vəsaitini oğurlaması məlum olub. Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri