30 
İyl
2021
14:36
197
30
4713
Virtual karabakh

Vəzifəli şəxsə məxsus şadlıq sarayı cərimələndi - FOTO

30 İyl, 2021
14:36
4713

Vəzifəli şəxsə məxsus şadlıq sarayı cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

29 iyul 2021-ci il tarixində Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində fəaliyyət göstərən “Xoşbəxt məkan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masa arxasında səkkiz nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. 

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Qeyd olunur ki, “Xoşbəxt məkan” şadlıq sarayı vəzifəli şəxs Şahverdiyev Rəşad Sabir oğluna məxsusdur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri