Avq
2021
00:50
32
243
9256
Virtual karabakh

FHN-dən Zığ şosesi yaxınlığındakı yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB

1 Avq, 2021
00:50
9256

FHN-dən Zığ şosesi yaxınlığındakı yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında açıq ərazidə quru ot və qarışıq tullantılar (sayğac, plastik borular) təqribən 200 m² sahədə yanıb.

00:26

Suraxanı rayonu, Hövsan qəsəbəsində məişət tullantıları yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Zığ şosesi yaxınlığında toplanmış məişət tullantıları yanıb.

Yanğın FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq qısa müddətdə söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri