Avq
2021
14:28
115
15
1856
Virtual karabakh

Ucarda arvadını qətlə yetirən kişiylə bağlı istintaq tamamlanıb

3 Avq, 2021
14:28
1856

Ucarda arvadını qətlə yetirən kişiylə bağlı istintaq tamamlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

14.04.2021-ci il tarixdə Ucar rayonu, Qarabörk kənd sakini 1985-ci il təvəllüdlü Validə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Ucar Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Qasım Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri