Avq
2021
14:16
58
167
2498
Virtual karabakh

Qusarda restoran icarədarı 20 gün inzibati həbs edildi - FOTO

3 Avq, 2021
14:16
2498

Qusarda restoran icarədarı 20 gün inzibati həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin (DİN) Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar Rayon Məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri