Avq
2021
15:48
262
18
6738
Virtual karabakh

100 kiloqramdan çox çətənə kolu məhv edildi - FOTO

3 Avq, 2021
15:48
6738

100 kiloqramdan çox çətənə kolu məhv edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dədə Qorqud kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 107 kiloqram olan 64 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllının Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə məlumatı daxil olub.

Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə “iş başında” yaxalanıb.

Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri