Avq
2021
19:26
147
375
9890
Virtual karabakh

Baş Prokurorluq: Bakıda 32 naməlum şəhidin məzarı açılıb, nümunələr götürülüb – YENİLƏNİB

3 Avq, 2021
19:26
9890

Baş Prokurorluq: Bakıda 32 naməlum şəhidin məzarı açılıb, nümunələr götürülüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

17:05

Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlər açılır.

Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, artıq bir neçə məzar açılıb.

Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov açıqlamasında faktı təsdiqləyib.

S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail Rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir:

“Bunun səbəbi naməlum qəbirlərin kimlərə aid olmasını müəyyən etməkdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri