Avq
2021
17:27
306
33
12624
Virtual karabakh

Nazir polis şöbəsinin rəisini işdən çıxardı

3 Avq, 2021
17:27
12624

Nazir polis şöbəsinin rəisini işdən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayon polis idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev və 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli tutduqları vəzifələrdən azad olunublar.

Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, məlumata görə, adıçəkilən şəxslər rayon ərazisində xüsusi karantin rejimi qaydalarının mühafizəsində və sanitar epidemioloji vəziyyətə nəzarət zamanı yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən çıxarılıblar. 

DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı Oxu.Az-a təsdiq edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri