Avq
2021
12:52
59
131
6427
Virtual karabakh

“Bəyaz Saray”ın sahibi külli miqdarda CƏRİMƏLƏNDİ - FOTO/VİDEO

5 Avq, 2021
12:52
6427

“Bəyaz Saray”ın sahibi külli miqdarda CƏRİMƏLƏNDİ - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 4000 manat cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri