Avq
2021
17:48
410
19
3270
Virtual karabakh

DİN-dən “Kubinka” və “Papanin”də REYD: Narkotacir SAXLANILDI - FOTO/VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı əvvəlcə məhkumluq həyatı yaşamış Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar.

Onların üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin metamfetamini “Kubinka” adlanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şabran rayon sakini olan Bibiqulu Əzməmmədov da tutulub.

Bu şəxsdən isə satmaq məqsədi ilə əldə etdiyi beş büküm heroin və metamfetamin aşkar edilib. Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə psixotrop maddələrin onlayn yolla satışını həyata keçirən paytaxt sakini Kamran Bağışlı Buzovna qəsəbəsi ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı odan 35 qrama yaxın metamfetamin aşkar edilib.

O, ifadəsində psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq onlayn yolla satışını həyata keçirdiyini bildirib.

Faktlarla bağlı Nəsimi və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb edilib. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri