Avq
2021
14:58
32
167
9470
Virtual karabakh

Azərbaycanda diplomu tanınmayan universitetlərin adı AÇIQLANDI

9 Avq, 2021
14:58
9470

Azərbaycanda diplomu tanınmayan universitetlərin adı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.

Agentlikdən verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:

1. Dağıstan Dövlət Universiteti
2. Cənubi Rusiya Humanitar İnstitutu
3. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
4. Rusiya Dövlət Sosial Universiteti
5. Moskva Dövlət Açıq Universiteti
6. Regionlararası Heyətin İdarəolunması Akademiyası
7. Müasir Humanitar Akademiya
8. “YUJDAQ” İnstitutu
9. Dnepropetrovsk Milli Universiteti
10. Hüquq və İdarəetmə Akademiyası (İnstitut)
11. Anadolu Universiteti

Bildirilib ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində)
2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində)
3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən)
4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri