10 
Avq
2021
11:12
214
72
2774
Virtual karabakh

Bakının rayonlarında dezinfeksiya tədbirlərinin qrafiki - YENİLƏNİB + FOTO

10 Avq, 2021
11:12
2774

Bakının rayonlarında dezinfeksiya tədbirlərinin qrafiki - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakının Binəqədi və Nərimanov rayonlarında dezinfeksiya tədbirləri həyata keçirilir.

Bununla bağlı Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi, 43, 45, 47, 49, 51, 53 və 55 ünvanlarında dezinfeksiya tədbirləri saat 10-da, Nərimanov rayonu Atatürk prospekti, 37, 37a və 39 ünvanlarında isə saat 11-də başlanılıb. 

Məlumatlara görə, avqustun 11-i saat 10-da Nizami rayonu Şirin Mirzəyev 58, 58a, Qara Qarayev 33, 37, Şərifli 84,86, 88, 90 və 92 və saat 11-də Xətai rayonu Məhəmməd Hadi 113, 111, 109, 107 ünvanlarında, avqustun 12-i saat 10-da Sabunçu rayonu Sülh küçəsi, 40/90-94, Sülh küçəsi, 14/1 və saat 11-də Suraxanı rayonu Günəşli V massivi, 22, 23, 24, 25, 26, 27, 28 ünvanlarında , avqustun 13-ü saat 10-da Yasamal rayonu Şərifzadə 78, 80, 82 və saat 11-də Qaradağ rayonu İntiqam Nəbiyev 1, 2, 3, 21, 29, 31, 39, 41, 45, Hüseyn Məmmədov 5, 7, 9 ünvanlarında, avqustun 15-i saat 10-da isə Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım, 58, 60, 62 ünvanlarında koronavirus əleyhinə dezinfeksiya tədbirləri keçiriləcək.

10:12

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında BŞİH-in strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Ilkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.

Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır:

“Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri