23 
Avq
2021
11:04
56
185
2668
Virtual karabakh

Azərbaycanda yeni mühərrik qatqısının hazırlanmasına 20 min manata yaxın vəsait ayrılıb - FOTO

23 Avq, 2021
11:04
2668

Azərbaycanda yeni mühərrik qatqısının hazırlanmasına 20 min manata yaxın vəsait ayrılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ali Neft Məktəbinin (BANM) məzunları tərəfindən hazırlanan yeni elmi-tədqiqat layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş qrant proqramının qalibi olub.

Elmi-tədqiqat layihəsi 19 930 AZN qazanıb. Layihə Elmar Əsgərzadə, Hüseyn Əliyev, Aleksandr Oborovskiy və Murad Rəhimov tərəfindən hazırlanıb.

Qalibləri təbrik edən Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarlar tərəfindən maraq böyükdür. Gənclərin bilik və bacarıqlarını qiymətləndirdiyi üçün BANM ailəsi də KOBİA-ya təşəkkürünü bildirir.

Qeyd edək ki, ümumilikdə müsabiqəyə 329 layihə təqdim edilib.

Layihəyə uyğun olaraq səkkiz ay ərzində yeni mühərrik qatqısı hazırlanaraq testləri aparılacaq və sonda bazara çıxarılacaq. Həmmüəlliflərin əsas hədəfi mühərrik yağları üçün sürtünmə əmsalını minimuma endirərək enerji sərfiyatını azaldan nanomaterialın hazırlanmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri