23 
Avq
2021
16:47
80
691
8606
Virtual karabakh

“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcək - YENİLƏNİB

23 Avq, 2021
16:47
8606

“Semaşko” xəstəxanası bağlandı: Yalnız koronavirus xəstələrini qəbul edəcək - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb. 

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

“Eyni zamanda ümumi reanimasiya, intensiv terapiya şöbəsi də koronavirusa görə bağlanıb. Hazırda Kliniki Tibb Mərkəz olaraq hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatları yerinə yetirilir. 

Avqustun 19-dan COVID xəstəxanası kimi fəaliyyətə başlanılıb. Həmin tarixdə 31 xəstə var idi. Onların bir qismi evə yazıldı, bir qismi isə cərrahi korpusda müalicəsi başa çatandək saxlanıldı və evə yazıldı. Bütün proseslər mərhələli şəkildə, tibbi qaydalara uyğun olaraq həyata keçirilib”, - məlumatda qeyd edilib.

11:24

1 saylı Kliniki Tibbi Mərkəz (KTM) yalnız koronavirus xəstələrini qəbul edəcək.

Oxu.Az-ın məlumata görə, “Semaşko” kimi tanınan mərkəz fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.

Artıq mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdiriləcək. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza məlumatı təsdiq ediblər. 

Bu barədə ilk məlumatı Qaynarinfo saytı yayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri