23 
Avq
2021
12:30
67
463
8349
Virtual karabakh

Bakıda əfqanıstanlı miqrantlar aksiya keçirməyə cəhd etdi: DİN-dən AÇIQLAMA - FOTO

23 Avq, 2021
12:30
8349

Bakıda əfqanıstanlı miqrantlar aksiya keçirməyə cəhd etdi: DİN-dən AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər. 

Oxu.Az-ın məlumatına görə, polislər onları ərazidən uzaqlaşdırıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında bildirib ki, bu gün 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib:

“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri