26 
Avq
2021
10:08
134
36
3872
Virtual karabakh

“Volkswagen”in tam yeni modeli ilk dəfə Azərbaycanda - FOTO

26 Avq, 2021
10:08
3872

“Volkswagen”in tam yeni modeli ilk dəfə Azərbaycanda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən böyük avtomobil markası olan “Volkswagen” yeni istifadəyə verilən “Taos” modelini Azərbaycanda təqdim edib.

Yeni “Taos” modeli artıq “Volkswagen” Azərbaycan Mərkəzinin yeni, bu ilin ikinci yarısında istifadəyə verilmiş, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən avtosalonunda təqdim olunub. Mərkəz tam olaraq beynəlxalq “Volkswagen” konsepsiyasına uyğun olaraq inşa etdirilib.

Taos modeli ölçülərinə görə yeni “Tiguan” modelindən bir az kiçikdir, lakin öz seqmentində ən böyük ban ölçüsünə sahibdir. Avtomobil 1.4l-lik və 150 at gücünə sahib, turbo gücləndirilmiş mühərrikə sahibdir. Azərbaycanda avtomobil 3 komplektasiyada təklif olunur. Artıq ilkin komplektasiyada avtomobil 4motion(4x4) funksiyasına malikdir. Avtomobilin həm də qabaq ötürücü variantları mövcuddur. Avtomobilin qiyməti 49 900 AZN-dən başlayır.

Bir çox başqa “Volkswagen” modellərinə xas olan bütün texnologiyalar və ən əsası bütün təhlükəsizlik və komfort göstəriciləri yeni “Taos” modelində də saxlanmışdır. Atmosfer LED elementləri yeni “Taos”un alətlər paneli və qapıları boyunca da keçir. Əhvalınıza uyğun 10 rəngdən birini seçə bilərsiniz. Dizayna özəl daha bir üstünlük, bu avtomobilin öyrəşdiyimiz rənglərlə bərabər, narıncı “Energetic”, göy “Reef” və bej “Cappuchino” kimi eksklüziv rənglərdə olmasıdır.

“Volkswagen” Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. “Volkswagen”in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytından məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Sizi yeni avtosalonumuzda gözləyirik.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri