27 
Avq
2021
11:08
12
99
3580
Virtual karabakh

Təhsil Nazirliyi yeni kadr bankı yaradıb

27 Avq, 2021
11:08
3580

Təhsil Nazirliyi yeni kadr bankı yaradıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu - www.kadr.taninma.az-ı istifadəyə verib”.

Oxu.Az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat yayıb.

O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhfə verilməsi baxımından olduqca əhəmiyyətlidir:

“Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri