30 
Avq
2021
10:58
38
94
2186
Virtual karabakh

Məktəb üçün hər şey bir qutuda: “Umico Market” şagirdləri məktəbə minimum xərclə hazırlaşdırmağa kömək edəcək

30 Avq, 2021
10:58
2186

Məktəb üçün hər şey bir qutuda: “Umico Market” şagirdləri məktəbə minimum xərclə hazırlaşdırmağa kömək edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşağınızı məktəbə hazırlamaq və xeyli pul xərcləməmək asan iş deyil. Xüsusi olaraq, uşaq birinci sinfə gedərkən, valideynlər çoxlu əşyalar alır və təbii ki, hər şeyin ən yaxşısını seçmək istəyir. Bilik Günü ərəfəsində Umico Market valideynlərə uşaqları məktəbə yola salmağa kömək etmək qərarına gəldi və marketpleysə əlverişli qiymətə olan eksklüziv məktəb dəstlərini  əlavə etdi. İçərisində lazımi olan hər şeyi tapa bilərsiniz: Dəftər və qələmdən tutmuş plastilin və akvarel boyaya qədər. Dəsti taksitlə də ala bilərsiniz.

Məktəb forması, ayaqqabı, çanta, dəftərxana ləvazimatları - bu sonsuz alış-veriş siyahısı dərs ilinin əvvəlində kiçik şagirdlərin valideynləri üçün baş ağrısına çevrilir. Birincisi, hər şeyi almaq üçün çox vaxt sərf etməlisiniz. İkincisi, bütün alış-verilər üçün müəyyən miqdarda pul lazım olur. Buna görə “Umico Market” bütün lazımi dəftərxana ləvazimatlarını bir dəstdə topladı.

Uşağınızın mütləq bəyənəcəyi parlaq bir qutuda balaca şagirdlər üçün lazımi hər şeyi tapacaqsınız və əlavə heç bir əşya almaq məcburiyyətində qalmayacaqsınız. Xanalı və xətli dəftərlər, qələmdan, cildlər və qovluqlar, qələmlər və karandaşlar, xətkeş, qələmyonan, pozan, flomasterlər və markerlər, rəngli karandaşlar və mum təbaşirləri, rəngli boya və fırçalar, albom, rəngli kağız və karton, plastilin və modelləşdirmə lövhəsi, yapışqan və qayçı.

Bütün bunları cəmi 37 AZN-ə almaq olar. Dəstdəki bütün dəftərxana ləvazimatlarını ayrılıqda alsanız, 57 AZN ödəməli olacaqsınız, yəni, onları dəst şəkildə alanda 20 AZN qənaət edirsiniz. Yeri gəlmişkən, “Umico” dəstini “BirKart” taksit kartlarından istifadə edərək 12 aylıq taksitlə əldə edə bilərsiniz.

“Umico Market”də məktəb mövsümünün başlaması üçün daha çox əşya tapa bilərsiniz: yuxarı sinif şagirdləri üçün smartfonlarplanşetlər, çantalarqələmdanlar, rəsmxətt və rəsm üçün hər şey, geniş çeşidli dəftərxana ləvazimatları. “Umico Market” smartfonunuzdakı müxtəlif təchizatçılardan on minlərlə məhsulu olan elektron mağazadır. Azərbaycanın ən böyük marketpleysi fəaliyyətə başladığı ilk gündən münasib qiymətlərin keşiyində durur. Evinizə və ya ən yaxın təhvil məntəqəyə çatdırılma ilə birbaşa mobil tətbiqində sifariş verin.

“Umico” ilə Azərbaycanda ən yaxşı onlayn alış-veriş təcrübəsinə sahib olun!

Bütün xəbərlərimiz “Telegram” kanalındahttps://t.me/Umico_Market

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri